Əsas Səhifə > Güney Press / Manşet > Vasif Talıbov getdisə... ONLAR DA GEDƏCƏK...

Vasif Talıbov getdisə... ONLAR DA GEDƏCƏK...


21-12-2022, 15:44
Vasif Talıbov getdisə... ONLAR DA GEDƏCƏK...
DİA.AZ: - Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi təkcə Naxçıvan camaatı arasında deyil, eyni zamanda Naxçıvandan olan və respublika üzrə ayrı-ayrı yerlərdə mühüm postları tutan bəzilərinin də kürkünə birə salıb, desək, yanılmarıq. Hər halda gələn informasiyalardan anlaşılanı budur.

DİA.AZ-a daxil olan məlumatlara görə, Vasif Talıbovun gedişi xəəbərini alar-almaq konkret olaraq bri neçə rayonun rəhbəri və xüsusi dövləti vəzifə tutan nüfuzlu məmurlardan biri təlaşla toplantı keçirmək qərarını verib.

Mənbə iddia edir ki, "dərdləşmə" adı altında bu gün günorta saatlarında bir araya gələn əslən naxçıvanlı məmurlar "bundan sonranə olacaq" deyə baş sınrıdıblar ki, bu da ortaya maraqlı məqamı çıxarır.

Bu barədə danışan mənbə iddia edir ki, bir neçə rayonun rəhbəri və daha bir neçə nüfuzlu məmur var ki, onların vəzifə başında qalmalarında Vasif Talıbovun müstəsna xidməti var:

"İndi həm də onların taleyi sual altına düşüb".

Qeyd edək ki, burada bəzi vəzifəlilərin kimliyi ilə bağlı informasiya əldə etmişik. Yaxın vaxtlarda adlarını çəkəcəyik. Bizi izləməkdə davam edin...

Geri qayıt