Əsas Səhifə > Güney Press / Ana xəbər > Üzeyir Cəfərova hücum olub

Üzeyir Cəfərova hücum olub


10-01-2014, 12:20
Üzeyir Cəfərova hücum olub
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən təhqir olunub.
Bizimxeber.az-ın məlumatına görə, bu barədə Ü.Cəfərov özü məlumat verib.
Ü.Cəfərov yanvarın 9-u saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı xəstəxananın qarşısında Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 nömrəli avtomobildə olan qurumun əməkdaşları tərəfindən təhqirlərə məruz qalıb.
“Maşının sürücüsü tərəfindən təhqir olundum. O, məni ən tərbiyəsiz şəkildə təhqir etdi. Mən ondan özünü adam kimi aparmağı xahiş edəndə bu tərbiyəsiz və əxlaqsız adamabənzər məxluq ən təhqiramiz formada, küçə sözləri ilə məni dilə gətiriləsi mümkün olmayan formada təhqir etdi. Yanında da iki nəfər oturmuşdu”- deyə hərbi ekspert bildirib.
Ü.Cəfərov Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənova zəng edərək bu barədə məlumat verib. N.Həsənov söz verib ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək.
Ü.Cəfərov onu təhqir edən nəqliyyat müfəttişlərinə xəbərdarlıq edərək bunları deyib: “Həmin şəxsə səslənirəm. Məni tanıyanlar bilirlər ki, hətta ölümdən də qorxan adam deyiləm. Danışığından və ləhcəsindən bu şəxsin Naxçıvandan olması heç bir şübhə doğurmurdu. Onu da bildirmək istəyirəm ki, hardan olmasına və kimliyindən asılı olmayaraq mən bu işin son nöqtəsinə çıxacam. Əgər bu tərbiyəsiz ən sərt şəkildə cəzalandırılmasa, onu yaxın günlərdə hüquqi müstəvidə cəzalandırmağa söz verirəm”.

Üzeyir Cəfərova hücum olub

***
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən təhqir olunub. Bu barədə Hafta.az-a hərbi jurnalist məlumat verib:

“Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın Nəqliyyat Nazirliyinə məxsus “90AR 169” “Dey Nexsiya” avtomobilinin sürücüsü məni vulqar sözlərlə təhqir etdi”.
Üzeyir Cəfərov artıq məsələ ilə bağlı lazımi orqanlara şikayət etdiyini bildirir:

“Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namik Həsənov cənablarına bu olay ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Əgər bu tərbiyəsiz ən sərt şəkildə cəzalandırılmasa, onu yaxın günlərdə hüquqi müstəvidə cəzalandırmağa söz verirəm”.

Geri qayıt