Əsas Səhifə > Güney Press / Manşet > Ağdamın Nizami Sadıqovun işğalı altında olan hissəsində gedən oyunlar...

Ağdamın Nizami Sadıqovun işğalı altında olan hissəsində gedən oyunlar...


9-01-2014, 17:55
Ağdamın Nizami Sadıqovun işğalı altında olan hissəsində gedən oyunlar...
İcra başçılarının abadlıq-tikinti adı altında büdcə vəsaitlərini talaması artıq elə bir miqyas alıb ki, bu faktı hətta hakimiyyətin ən qatı tərəfdarları ilə yanaşı müdafiəçiləri də gizlədə bilmir. Büdcə vəsaitlərinin talan edilməsi prosesi paytaxdan uzaqlaşdıqca daha böyük miqyas alır.
Ekspertlər bunu, nəzarətin zəif olması və Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı yaranmış vəziyyətin bəzi rayonların rəhbərləri üçün xüsusi imkanlar yaratması ilə bağlayır. Ərazisinin bir hissəsi ermənilər tərəfindən işğal olunmuş Ağdam rayonunda da abadlıq və tikinti işləri adı altında güclü korrupsiya həyata keçirilir.
Nizami Sadıqovun Ağdam rayonundakı tikinti korrupsiyası əsasən üç şəxsin vasitəsilə həyata keçirilir. Bu üç şəxs isə öz növbəsində bir neçə idarə və Məhdud Məsuliyyətli Cəmiyyətlər vasitəsilə bu korrupsiya əmaliyyatında iştirak edirlər.
Ağdam rayonunun işğal olunmamış ərazilərində həyata keçirilən təmir-tikinti işlərində icra başçısı Nizami Sadıqovun əsas tərəfdaşı icra başçısının birinci müavini Zülfü Qasımovun qardaşı Qasım Qasımovun nəzarətində olan şirkətlərdir. İcra hakimiyyətinin sifarişi ilə həyata keçirilən tikintilər arasında ən böyük smetaya malik layihələr məhz bu Qasım Qasımovun nəzarətində olan şirkətlərə verilir.
Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin sifarişi ilə inşaa edilən 119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının inzabiti binasının inşaasını Qasım Qasımovun “Şəms-95” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib. 119 saylı Ağdam kənd dairə seçki komissiyasının inzibati binasının tikintisi dövlətə 180 min manata başa gəlib. Ekspertlərin fikirincə isə, bir mərtəbəli, təkdaş və ucuz tikinti mallarından inşaa olunmuş bu binanın tikintisinə ən yaxşı halda 60-70 min manat pul sərf oluna bilərdi.
Çox maraqlıdır ki, 119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının sədri Rövşən Şükürov da DSK-anın inzibati binasın inşaasını həyata keçirən “Şəms-95” MMC-nin sahibi Qasım Qasımovla qohumdur. Lakin əlbətdə burada əsas söz icra başçısı Nizami Sadıqovundur. Ancaq Qasım Qasımovun qardaşı Zülfi Qasımovun icra başçısının birinci müavini olması da nəticəsiz qalmır. Yuxarıda qeyd etydiyimiz kimi, Ağdam rayonunda əsas tikintiləri məhz Qasım Qasımovun rəhbərlik etdiyi “Şəms-95” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Bu şirkətin həyata keçirdiyi digər tikintilər haqqında da məlumat almışıq və onları araşdırırıq.
Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun tikinti əməliyyatlarında ikinci rol “Ağdam Təmir Tikinti İdarəsi”nin rəisi Tahir Əliyev adlı şəxsə məxsusdur. Bu şəxs rəhbərlik etdiyi idarə ilə yanaşı yaxın adamlarının adına olan MMC-lər vasitəsilə də icra başçısının tikinti əməliyyatlarında xüsusi paya sahibdir. Çox maraqlıdır ki, Ağdam rayon Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkın il ərzində bir neçə dəfə, özü də heç bir səbəb olmadan təmir edilməsi məhz bu şəxsin vasitəsilə həyata keçirilir. Baxmayaraq ki, bu parkda çiddi bir iş görülməyib. Keçmiş icra başçısı Həsən Sarıyevin inşaa etdirdiyi bu parkda kosmetik təmir işlərinə isə böyük pullar sərf olunur.
Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov məcburi köçkünlərin “xeyir-şər” məclislərini keçirməsinin “qayğısına da qalır”. Məsələn, Dördyol-1 qəsəbəsində məcburi köçkünlərin “xeyir-şər” məclislərini keçirmə binasının təmirinə 50 min manata yaxın vəsait sərf olunub. Şahidlər isə bu işlərə ən yaxşı halda 5 min manat sərf olunduğunu bildirirlər. Bu əmliyyatlar isə Qalib Həəsnov adlı şəxsə məxsus “FS Aqdam” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmiləşdirilib. Bu şəxsin əslən Kəlbəcər rayonundan olması və buna görə “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanovla bağlı olduğu iddia olunur.
Görünür bu iddiaların müəyyən əsası da var. Çünki, Qalib Həsənovun şirkətləri yalnız Ağdam rayonunda deyil, ətraf rayonlarda da təmir-tikinti işlərində yer alır. Ağdam rayonunda bu üç şəxsin, Qasım Qasımov, Tahir Əliyev və Qalib Həsənovun iştirakı ilə həyata keçirilən tikinti-təmir adlı maxinasiyaların araşdırılmasını davam etdirəcəyik.
Yazıda adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, tərəflər heç bir açıqlama vermək istəmədilər.

Geri qayıt