Əsas Səhifə > Güney Press / Ana xəbər > Leriki "yeyən" "Şturman"

Leriki "yeyən" "Şturman"


9-01-2014, 13:56
Leriki "yeyən" "Şturman"
Lerikin icra başçısı Rövşən Bağırovla deputat İqbal Məmmədov arasında şərikli şəkildə idarə edildiyi çoxdan bəri üzdə olan məlumatdır. Rayonun idarəçiliyindən tutmuş, büdcə vəsaitlərinin birgə talan edilməsinə qədər bütün proseslərdə baş olan bu iki şəxsin külli miqdarda büdcə vəsaitlərini mənimsədiyi də deyilənlər sırasındadır.

JAM.AZ xəbər verir ki, Lerikdə indiyə qədər keçirilmiş tenderlərin böyük əksəriyyətinin qalibi də məhz bu iki şəxsə məxsus şirkətlər olub. Onların ən birincisi isə "Şturman-B" MMC-dir. Araşdırmalara görə, şirkət bir müddət əvvəl deputat İqbal Məmmədovun qardaşı tərəfindən yaradılıb. Icra başçısı Rövşən Bağırovun xeyir-duasını da alan bu şirkət qısa müddətdə tender adı altında böyük miqdarda pulların silməyə nail olub. Məsələn, "Şturman-B" təkcə Lerik rayon Mərkəzi xəstəxanası üçün müxtəlif avadanlıq və maşınların alınması üçün ayrılmış 100 min manatdan artıq vəsiti vaxtında sahiblərinə çatdırmağı bacarıb. Mərkəzi Xəstəxananın baş həkiminin boynuna yüklənmiş həmin pul isə şübhəsiz xəstələrdən çıxarılıb.

Elə buna görədir ki, rayon camaatı xəstəxanaya daha çox "pul kəsən maşın" kimi baxırlar. Hətta iş o həddədir ki, yerli həkimlər baş həkimin onlardan aylıq haqq tələb etməsindən bezərək başqa rayonlara təyinat almağa çalışırlar.

Amma bu "Şturman-B" üçün kiçik əməliyyatlar sırasındadır. Lerikdə həyata keçirilən bütün böyük layihələrdə "baş" olan bu çirkətin əliylə külli miqdarda pulun silindiyi də məlumatlar sırasındadır. Və bu şirkətin yaradılmasının da məhz büdcədən ayrılmış pulların silinməsi üçün nəzərdə tutulduğu vurğulanır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Yaxın günlərdə "Şturman-B"nin Lerikdə reallaşdırdığı digər işlər barədə də geniş məlumat verəcəyik.

Geri qayıt