Əsas Səhifə > Güney Press / Manşet > "Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir"
"Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir"5-12-2022, 15:03 |
|
Hacıqabul rayonu Qarasu kənd sakini Nahid Ağayev Toplum TV-nin qaynar xəttinə müraciət edərək ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənib. 3 uşaq atası olduğunu və sosial vəziyyətinin ağır olduğunu deyən şikayətçi ünvanlı sosial yardımla bağlı müraciət etsə də, imtina cavabı alıb. “Süpürgəçi işləyirəm və 385 manat maaş alıram. Bu pulun 160 manatını kredit borcuna verirəm. Yoldaşımın gözləri zəif olduğu üçün işləmir. Evə tək gəlir gətirən mənəm. Bu pulla bilmirəm övladlarımın ehtiyaclarını ödəyim, yoxsa, yoldaşımın müalicəsini etdirim. Vəziyyətimiz olduqca ağırdır. Ünvanlı sosial yardımla bağlı müraciət etmişdim. Ötən ay mənə imtina cavabı gəldi. İmtinaya səbəb isə yoldaşımın işləməməsi oldu. Dedilər ki, balaca övladının 8 yaşı olduğu üçün ana işləməlidir. Ananın gözləri yaxşı görmür, necə işləsin, harada işləsin? Mənim heç bir çıxış yolum yoxdur. Heç kommunal xərclərimi belə ödəyə bilmirəm. 90 manat su pulu borcum var. Hər gün suyumu kəsəcəklərini deyirlər. Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir, anlamıram”, - Nahid Ağayev qaynar xəttimizə müraciətində bildirib. Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı... Məsələylə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik. Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, imtinaya səbəb vətəndaşın həyat yoldaşının məşğul şəxs olmasıdır. “Hacıqabul rayon sakini Ağayev Nahid Səfdər oğlunun ünvanlı sosial yardımla bağlı 06.09.2022 -ci il tarixdə elektron qaydada müraciəti olub. Lakin ailənin əmək qabiliyyətli üzvü Ağayeva Mənzər Mustafa qızının məşğul şəxs olmaması səbəbindən imtina verilib. Bu barədə Ağayev Nahid Səfdər oğlunun müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilib. Qeyd edək ki, ailənin əmək qabiliyyətli üzvü Ağayeva Mənzər Mustafa qızının məşğulluğu təmin olunarsa və müraciət edilərsə, ailənin ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər”, - deyə qurum rəsmisi vurğulayıb. Məsələni diqqətdə saxlayacağıq. Geri qayıt |