Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Aydın Bəşirovun oğlu ilə bağlı müəmma çözüldü
Aydın Bəşirovun oğlu ilə bağlı müəmma çözüldü7-01-2014, 17:10 |
![]() DİA.AZ: - Dünən ilginc ov fotoları ilə mətbuatda səs-küy yaradan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin sabiq rəisi Aydın Bəşirovun oğlu ilə bağlı müəmmalı xəbərlər yayıldı ki, bu da nəzərlərdən yayına bilməzdi. Söhbət Aydın Bəşirovun məlum xəbərə verdiyi reaksiyadan gedir. Xatırladaq ki, sabiq məmur açıqlamasında belə bir izahat vermişdi: “Biz Dubayda olmuşuq. Məgər Dubayda ov edirlər? Bütün Bakı Dubayda idi, nə ov? Dubayda ov edirlər? Heç ovçu olduğumuzu bilmirdim. Oğlum və nəvələrim yanımda olublar, biz qaban ovlamamışıq. Hazırda da Türkiyədəyəm”. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, vəzifədən kənarlaşdırılan Aydın Bəşirovun oğlunun qəribə fotoları yayılıb. Fotolardan keçmiş məmurun oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənib. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində isə aydın olur ki, Aydın Bəşirovun fotoları yayılan şəxsə sahib çıxmaması tamam başqa bir səbəblə əlaqədardır. Belə ki, məlumatlı mənbə redaksiyamıza açıqlamasında iddia edir ki, fotosu yayılan şəxs Aydın Bəşirovun birinci evliliyindən olan oğludur və hazırda bu adam Azərbaycandan kənarda yaşayır və onun Aydın Bəşirovla sıx əlaqələrinin olmadığı da söylənilir. Geri qayıt |