Əsas Səhifə > Güney Press / Ana xəbər > "Ailəm aclığa yenik düşdü"

"Ailəm aclığa yenik düşdü"


6-01-2014, 13:28
"Ailəm aclığa yenik düşdü"
DİA.AZ: - Artıq neçə gündür ki, aclıq aksiyası keçirən Həsən Camalov DİA.AZ-a yeni müraciətini yollayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Uca olan Allaha xatir bizi yalnız buraxmayın, səsimizi Preizdentimizə duyurun, keçən hər saat bizim əleyhimizə işləyir. Keçən hər dəqiqə gücümüz azalmaqdadır. Körpələrim çox pərişandır.Ailəm artıq aclığa yenik düşdü. Dünən axşamdan etibarən, ailəm aclığı dayandırdı.

Mən isə aclığa davam edirəm. Tam 290 saatdır artıq. Artıq bədənim keyiyib, mədəm ağrımır, aclıq hissi heç yoxdur. sanıram belə getsə, birdən düşəcəm. Amma hələ ki, ayaqdayam, yıxılmadım. Ən azından Körpələrimdən ötrü yıxılmamalıyam. Axı Onlar hələ çox kiçikdirlər. Mən onlara çox lazımam. Siz də, əlinizdən gələn köməyi bizdən əsirgəməyin əzizlərim".


Geri qayıt