Əsas Səhifə > Güney Press, Reklam > “Nar” SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu
“Nar” SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu3-11-2022, 17:32 |
DİA.AZ: - “Nar” SABAH qrupları layihəsi çərçivəsində 1000-ə yaxın komandanın iştirak etdiyi SABAH Bilik yarışmasının təşkilinə dəstək olub. Layihənin əsas məqsədi istedadlı tələbələrin daha da stimullaşdırılması və elmi-yaradıcı təşəbbüslərinin artırılmasına töhfə verməkdir. Qeyd edək ki, SABAH Bilik yarışmasında 200 komanda məhz “Nar”ın dəstəyi ilə keçirilmiş mühəndislik üzrə Bilik Yarışmasının iştirakçısı olub. Yarışmanın final mərhələsində iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov elm və təhsilin təşviqinə yönəlmiş layihələrin vacibliyini vurğulayıb: “Əminəm ki, intellektual yarışlar gənclərin gələcək inkişafında əvəzsiz rol oynayır. Məhz buna görə də, “Nar” bu cür intellektual yarışların keçirilməsinə hər zaman dəstək olur ”. Elm və təhsilə marağın artırılması istiqamətində davamlı təşəbbüşlər edən “Nar”ın sosial layihələri ilə https://www.nar.az/projects/ səhifəsində tanış ola bilərsiniz. Geri qayıt |