Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `MADO` qiymətləri qaldırdı... İŞÇİ MAAŞLARI İSƏ YERİNDƏ SAYIR

`MADO` qiymətləri qaldırdı... İŞÇİ MAAŞLARI İSƏ YERİNDƏ SAYIR


28-10-2022, 10:46
`MADO` qiymətləri qaldırdı... İŞÇİ MAAŞLARI İSƏ YERİNDƏ SAYIR
Bakıda fəaliyyət göstərən MADO Restoranlar Şəbəkəsində fantastik qiymət artımı baş verib. Ancaq buna baxmayaraq, bu restoranlarda çalışan işçilərin əmək haqlarında heç bir artım olmayıb.

DİA.AZ xəbər verir ki, bu barədə MADO restoranlar şəbəkəsində çalışan bir qrup əməkdaşın Gununsesi.info-nun elektron poçtuna yazdığı məktubda bildirilir.

Məktubda qeyd olunur ki, son bir neçə ay ərzində restoranın təklif etdiyi yeməklərin qiyməti 40 faizdən çox bahalaşıb:

“Restoran rəhbərliyi bunu Azərbaycanda ərzaq məhsullarının bahalaşması ilə əsaslandırır. Ancaq bir həqiqət var ki, ölkəmizdə bahalaşma olmayanda belə MADO-nun qiymətləri kifayət qədər yüksək olub. Amma biz işçiləri isə düşünmək belə istəmirlər. Gün ərzində yüzlərlə müxtəlif xarakterli müştəri ilə ünsiyyətdə oluruq. Hamı bahalaşmadan narazıdır. Yaxşı olardı ki, qiymətləri kəskin şəkildə bahalaşdıran MADO arada öz işçilərinin də sosial durumunu düşünsün”.

Məsələ ilə bağlı əməkdaşımız restoranlar şəbəkəsinə etdiyi sorğu cavabsız qaldığından onların mövqeyini dərc edə bilmədik.


ƏLAQƏDAR YAZI: `MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY
Geri qayıt