Əsas Səhifə > Güney Press / Ana xəbər > 49 min manatı necə “dezinfeksiya” ediblər?
49 min manatı necə “dezinfeksiya” ediblər?30-12-2013, 14:24 |
|
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həyata keçirdiyi alqı-satqı əməliyyatlarından birinin kifayət qədər şübhəli olduğu diqqəti çəkir. JAM.AZ-ın araşdırmasına görə, bu ilin ilk 10 ayı ərzində dezinfeksiyaedici və dezinseksiyaedici maddələrin satın alınması üçün tender elan etmiş GEM elə bir addım atıb ki, şübhələnməməkdən başqa yol qalmayıb. Belə ki, həmin tenderin Şuşa 149 saylı Mərkəzi rayon apteki tərəfindən udulduğu və həmin pereparatların alınması üçün isə 49000 min manat sərf olunduğu qeyd olunur. Şübhə doğuran və işin içində korrupsiyanın olduğunu işarə edən başlıca məqam tenderin qalibinin necəliyidir. Əvvəla Səhiyyə Nazirliyinin böyük bir idarəsi olan GEM-in həmin maddələri alması üçün yetərli qədər şirkətlər və firmalar var. Üstəlik, ölkənin ən iri şirkətlərinə bu maddələri almaq üçün sifariş etmək də çətin məsələ deyil. Amma Şuşa 149 saylı Mərkəzi Rayon Aptekinin seçilməsi və həmin maddələri də ondan almaq açıq şəkildə 49 min manatın silinməsinə xidmət etməkdən başqa bir şeyə bənzəmir. Digər tərəfdən, ümumilikdə araşdırdıqda Şuşadakı məlum aptekin işləyib, işləmədiyi belə məlum deyil. Hərçənd onun hansı rayonda və şəhərdə fəaliyyət göstərdiyi də araşdırma mövzusudur. O cümlədən, bir rayon aptekində bu qədər dezinfeksiyaedici maddənin olması da yetərli qədər şübhəlidir. Geri qayıt |