Əsas Səhifə > Güney Press / Ana xəbər > RATİ bu məhbuslara azadlıq istəyir

RATİ bu məhbuslara azadlıq istəyir


30-12-2013, 12:43
RATİ bu məhbuslara azadlıq istəyir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu dekabrın 30-da bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, onlarla jurnalist, bloqçu, hüquq müdafiəçisi və gənc fəal yeni ili ailələrindən və dostlarından uzaqda, dəmir barmaqlıqlar arxasında keçirəcəklər:

- Araz Quliyev, “Xeber44.com” saytının baş redaktoru
Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru
Fərəməz Novruzoğlu, müstəqil jurnalist
Fuad Hüseynov, müstəqil jurnalist
Nicat Əliyev, “Azadxeber.net” saytının baş redaktoru
Pərviz Həşimli, “Bizim yol” qəzetinin əməkdaşı
Sərdar Əlibəyli, “Nota bene” qəzetinin baş redaktoru
Tofiq Yaqublu, “Yeni Müsavat” qəzetinin əməkdaşı
İlkin Rüstəmzadə, bloqçu
Rəşad Ramazanov, bloqçu
Anar Məmmədli, hüquq müdafiəçisi
Bəxtiyar Məmmədov, hüquq müdafiəçisi
Qurban Məmmədov, hüquq müdafiəçisi
Əbdül Əbilov, gənc fəal
Bəxtiyar Quliyev, gənc fəal
Daşqın Məlikov, gənc fəal
Məmməd Əzizov, gənc fəal
Rahib Hacıyev, gənc fəal
Rəşad Həsənov, gənc fəal
Rəşadət Axundov, gənc fəal
Şahin Novruzlu, gənc fəal
Ümid Abdullayev, gənc fəal
Üzeyir Məmmədli, gənc fəal
Zaur Qurbanlı, gənc fəal.

Fundamental insan hüquq və azadlıqları Azərbaycan Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Yenə də həmin maddədə qeyd olunur ki, konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. BMT, Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində, habelə əsas beynəlxalq və regional insan hüquqları müqavilələrinə qoşulmaqla Azərbaycan öz üzərinə ifadə və informasiya azadlıqlarını qorumaq öhdəliyi götürüb.

Bunları nəzərə alaraq RATİ Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və birləşmə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.

Geri qayıt