Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Yaşı 30-a çatmayan iki kadr nazir müavini postuna gətirilir

Yaşı 30-a çatmayan iki kadr nazir müavini postuna gətirilir


30-12-2013, 12:10
Yaşı 30-a çatmayan iki kadr nazir müavini postuna gətirilir
DİA.AZ: - Hər halda, yeni ildə çox cibddi dəyişikliklərin baş verəcəyi şübhəsizdir. Ən azından ona görə ki, prezident seçkilərindən sonra təsdiqlənən Nazirlər Kabinetinin heyəti də tam deyil və 6 posta təyinat məsələsi yubanmaqdadır. Hələlik köhnələr öz postlarında təsdiqlənməmiş şəraitdə vəzifələrini davam etdirirlər.

Lakin bu, hamısı deyil. DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, hakimiyyət elə yanvar ayının ortalarından etibarən yeni təyinatlara imza atacaq. Burada həm Nazirlər Kabinetindəki duruma aydınlığın gətirilməsi nəzərdə tutulub, həm də bir neçə rayonun icra başçısının vəzifəsindən alınması, eləcə də ayrı-ayrı nazirliklərdə artıq start düyməsi basılan kadr islahatlarının davam etdirilməsi planlaşdırılır.

Bununla bağlı redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə maraqlı bir informasiyanı da diqqətə çatdırır. Mənbənin söylədikləri: «Prezident hələ xeyli əvvəlindən gəncləşdirmə siyasətinə start verib. Diqqət yetirirsinizsə, ayrı-ayrı dövlət qurumlarında da bu siyasət inkişaf etdirilir. Elə yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da açıqlamasında gənc kadrlara üstünlük verəcəyini bildirib. Bunlar təsadüfi deyil».

Mənbəmiz iddia edir ki, iki gənc kadrın nazir müavini, birinin isə icra başçısı gətirilməsi gözlənilir: «Hələlik bu yöndə iş gedir. Gənc nazir müavinlərindən biri elə ƏƏSMN-də təyinat alacaq. Digəri isə naziri dəyişmiş kənd təsərrüfatı nazirliyində vəzifəyə gətiriləcək. Bakının rayonlarından birinə (çox ehtimal ki, bu, Xətai rayonudur) isə yaşı 30-a çatmayan bir kadrın rəhbər gətirilməsi gözlənilir».

Geri qayıt