Əsas Səhifə > Güney Press / Manşet > Qobustanda vətəndaşı eşidən yoxdur...

Qobustanda vətəndaşı eşidən yoxdur...


19-10-2022, 15:36
Qobustanda vətəndaşı eşidən yoxdur...
Qobustan rayonunun Sündü kəndindən şikayət var.

Turizm üçün kifayət qədər əhəmiyyətli olan Sündü kəndinin nəqliyyat problemi var. Bakının 115 km-də yerləşən Sündü kəndindən Bakıya avtobus işləmir. İki il əvvələ qədər işləyib. Pandemiyaya görə ləğv olunan marşrut xətti bu günəcən bərpa olunmayıb.

Kənd sakini Mirzəağa İsrailov deyir ki, "İki il əvvələ qədər dayancaq dolu olardı. Səhər saat 8-də çıxanda günorta 3-ə qədər işimizi görüb evə qayıdırdıq. İndi avtomobili olanlar gedir, olmayanlar isə taksi çağırır. Bu da əhali üçün çətindi. Avtobus olsa daha yaxşı olar".

Sündüdə dağlardan axan bulaqlar sayəsində bol su var. Qobustan rayonun digər kəndlərində isə su problemi olduğundan qonşu kəndlərin sakinləri Sündüdən su daşıyırlar. Qonşu Təklə, Şəyirli, Ərəb şalbaş kəndlərinin sakinləri neçə kilometrlərlə məsafə qət edərək Sündüdən su aparırlar. Bu kəndlərin sakinləri su sarıdan əziyyət çəkdiklərini deyirlər.

Geri qayıt