Əsas Səhifə > Güney Press / Manşet > “Kənd camaatı olaraq təngə gəlmişik”
“Kənd camaatı olaraq təngə gəlmişik”12-10-2022, 14:02 |
|
DİA.AZ bildirir ki, Göyçay rayon, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu və bir qrup kənd sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Qaraxıdı Bələdiyyəsinin sədri İbrahimov Qurban İbrahim oğlu kəndin örüş sahəsini, yəni 60 hektar torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt edərək, satışa çıxarıb. Sakinlər deyir ki, bununla bağlı Prezident Administrasiyasın edilən müraciətdən sonra, Bələdiyyə sədrinə ərazinin örüş sahəsi üçün açılması göstərişi verilsə də, Q.İbrahimov PA-nın göstərişinə əməl etmir. “Kənd camaatı olaraq təngə gəlmişik”, - deyən şikayətçilər “Hürriyyə” vasitəsilə yetkili qurumlara bir daha müraciət edərək, onları problemlərinin həllinə dəstə verməyə çağırırlar. Geri qayıt |