Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Biznesmen deputat Ağalar Vəliyevin nəzarətindəki şirkətlər vergidən yayınır?
Biznesmen deputat Ağalar Vəliyevin nəzarətindəki şirkətlər vergidən yayınır?16-09-2022, 09:58 |
Deputat Ağalar Vəliyevin nəzarətində olan "Azəraqrartikinti" ASC-nin filliallarının dövlətə vergi borcları üzə çıxıb. DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, şitkətin filliallarının ümumi borcu 110 min manatdan çoxdur . Siyahını təqdim edirik: "Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin Mingəçevir "Aqrartikinti" Filialı - 45746.65AZN "Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin "Aqrartikintiservis" Firması - 22434.02AZN Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin Inzibati Təsərrüfat Filialı - 18311.10 AZN Azəraqrartikinti Açiq Tipli Səhmdar Cəmiyyətinin Neftçala Aqrartikinti Filialı - 10049.96 AZN "Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin Zaqatala "Aqrartikinti" Filialı -5156.20AZN "Azəraqrartikinti" ASC-nin və "Pim Proje Yönetim Inşaat Mimarlik Sanayi Ve Ticaret Anonim Şirketi"nin Tam Ortaqlığı - 4251.08 AZN "Azəraqrartikinti" ASC-nin Daşkəsən Aqrartikinti Filialı - 4359.31 AZN Qeyd edək ki, mətbuatda biznesmen deputat kimi adı hallanan Ağalar Vəliyevin oğlunun da özü kimi biznes şəbəkələrinin sahibi olduğu bildirilir. Həmçinin mətbuatda A,Vəliyevin "Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Bildilirir ki, Ağalar Vəliyevin şirkətlərinə hazırda deputatın oğlu Pərviz Vəliyev nəzarət edir. Geri qayıt |