Əsas Səhifə > Güney Press > Kənan Aşurlu vəzifəyə müvəqqəti TƏYİN OLUNUB?

Kənan Aşurlu vəzifəyə müvəqqəti TƏYİN OLUNUB?


15-08-2022, 15:51
Kənan Aşurlu vəzifəyə müvəqqəti TƏYİN OLUNUB?
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.

DİA.AZ xəbər verir ki, bunu “Report”a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib. Xatırlaq ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Geri qayıt