Əsas Səhifə > Güney Press / Manşet > Nazirlər Kabinetinin müdiri sahibkarı İNTİHARA SÖVQ EDİR...
Nazirlər Kabinetinin müdiri sahibkarı İNTİHARA SÖVQ EDİR...15-08-2022, 14:34 |
|
DİA.AZ: - “SV-Grup” MMC tikinti şirkəti mətbuata şikayət məktubu ünvanlayıb. Müxtəlif media orqanlarının elektron poçtlarına göndərilən şikayətdə yüksək vəzifəli məmurun şirkətə 5 milyon 615 min borcunu qaytarmaqdan boyun qaçırdığı bildirilir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubu olduğu kimi təqdim edirik: “Mən Vahid Xələfov “SV -Grup” MMC-nin həmtəsisçisiyəm. Hazırda Nazirlər Kabineti İşlər idarəsinin müdiri olan Hikmət Xəlilov və həyat yolaşı Südabə Xəlilova “SV -Grup” MMC-yə tikinti işlərinə cəlb edilməsi məqsədi ilə 2009-2015-ci illərdə qeyri-dövlət sektorunda 4 milyon 263 min manatlıq inşaat işlərini həyata keçirməyi təklif edib. Şirkət sifarişi qəbul edərək icraya başlayıb. H. Xəlilov pulu nəğd qaydada ödəməyə söz verir. Bu inşaat işlərinin içərisində ən böyük lahiyə isə Qobu qəsəbəsində tikiləcək "Azdeko panel" tikinti materialları zavodu olur. H.Xəlilov tərəfindən sifariş olunan tikinti materialları zavodunun smeta dəyəri 1 milyon 450 min manat təşkil edir. İnşaata başlamaq üşün H. Xəlilov ilkin ödəniş kimi 490 min manat nağd pul ödəyir. İnşaatın apardığı müddətdə ilkin ödəniş xərclənir. Vəsaitin davamını istəyəndə H. Xəlilov, öz mütəxəssisləri ilə tikintidə yoxlama aparır və nəticədə pulun qalan hissəsini ödəməkdən imtina edir: Mən və iş ortağım Sərvər Məmmədov, o həm də şirkətin həmtəsisçisidir, zavodun faktiki iş həcmlərini dəqiqləşdirmək məqsədi ilə rəsmi audit dəvət etdik. Prosesdə sifarişçinin mühəndisləri də iştirak etdi. Auditin hesabladığı xərclərlə zavodun avadanlıq və tikinti xərcləri eyni oldu. Sifarişçinin mühəndisləri də bu faktı sənədlə təsdiq etdilər. Şəxsən bu sənədi Hikmət müəllimə təqdim etsəm də, o mənə gördüyümüz işlərin zəhmət haqqını və zavodun inşasına sərf edilən materialların pulunu ödəməkdən təkrar boyun qaçırdı və həmin vaxtdan gizlənməyə başladı”. Zavodun tikintisinə ümumilikdə 1 milyon 450 min manat xərc qoyulub. Bu xərclərə işçilərin maaşları, materialların alınması, vergi borcları da daxildir. Zavodun tikintisinə cəlb olunan bütün işçilərə, tikinti materillarını götürdüyüm mağazalara, banklara, vergiyə milyonlarla manat borcumuz yaranmışdı. O borcları ödəməyə bilməzdik. Biz dövlətimizi, xalqımızı, vətənimizi, qanunlarımızı sevən, hörmət göstərən insanlarıq. Hikmət müəllim zəhmətimizin haqqını vermədiyinə görə yığılan borcları ödəmək üçün məcbur olub ailəmin, övladlarımın, yaxın qohumlarımızn evlərini, maşınlarını, mebellərini, bir sözlə nəyimiz var, hər şeyi satıb milyonlarla manat borcu ödədim. Sonra Hikmət Xəlilovdan pulumu təkidlə tələb etməyə başladım. Bundan sonra o, qeyri-rəsmi imkanlarından və vəzifə mövqeindən istifadə edərək mənə müxtəlif təziqlər göstərdi. Üstümə reket qurupu göndərdi. Onlar məni Hikmətdən bir daha pulumu tələb edəcəyim təqdirdə mənə problemlər yaşadacaqları ilə qorxutdular. Bu hadisədən əsəbləşərək, bu dəfə Hikmətin evinə gedib pulumu tələb etdim. Bu şəkildə etdiyim tələbdən sonra ondan pulumun 500 000 (beş yüz min) manatını aldım. Pulun qalan hissəsini verməmək üçün bu dəfə məni MTN adı ilə qorxutmağa başladı. Dedi ki, səni MTN-nə çağırıb başa salarlar. Ancaq mən heç nədən çəkinmədiyimi, haqqımı istədiyimi, bir qəpik də haram pula göz dikmədiyimi dedim. Hikmət MTN varinatından əl çəkməyə məcbur oldu”. H. Xəlilov həyat yoldaşı Südabə xanımın adından mənə və şirkətə qarşı iddia qaldırır. İddia tələbi ondan ibarət olub ki, Qobu qəsəbəsindəki inşaat materialları zavodu onlardan xəbərsiz tikilib. Bu qədər absurd iddianın təmin olunacağına heç inanmırdım. Zavodun onların sifarişi ilə tikildiyinə, proses zamanı hər dəfə nəzarət olunduğuna, hətta Hikmətin maliyyə yoxlamaları apardığına, ödənilən və ödənilməyən bütün xərclərə dair sənədləri məhkəməyə təqdim etməyimizə, xanımın zavodun açılışında şəxsən iştirakına baxmayarq, mövqeyindən sui-istifadə edən Hikmət Xəlilov, yəni dolayısı ilə həyat yoldaşı prosesi saxtakarcasına “uddu”. Üzərimə 5 yüz min manat təzminat qoyaraq zavodun mənim hesabıma sökülməsi haqqda qətnamə çıxarıldı. Sonradan zavodun sökülməsi haqqında məkəmə qərarını dəyişdirərək, həmin zavoda yiyələndilər və 5 yüz min manat təzminatı ödətdirmək məqsədi ilə övladıma məxsus 1 milyon 450 min manat dəyərində fərdi yaşayış evini ələ keçirdilər. Hal hazırda həmin evdə yaşayıram. Bu ev ailəmizin sonuncu yaşayış məskənidir, Hikmətin saxta iddiası əsasında Apellyasiya Məhkəməsi bizim o evdən də çıxarılmağımız barədə qərar qəbul edib. Bizim Hikmət və onun xanını ilə zavod tikiliş zamanı yazışmalarımız var. Sifarişçi öze də dəfələrlə təsdiq edib və bu yazışmalada da əksini tapıb ki, zavodu onlar tikdirir və hansı işləri görmək lazım olduğunu da yazışmalarda bizə sifariş edirdilər. Orasını da deyim ki, Hikmət Xəlilov evin alqı-satqısından əvvəl mənə dedi ki, sən 5 yüz minə evi mənim işçimin – İlham Musayevin adına keçir, sonra mən sənin evini də qaytaracam, bütün borclarmı da çay süfrəsi arxasında sənə qaytaracam. O, mənim şikayət verməyimi istəmirdi. Deyirdi ki, mən məmuram, adım məhkəmələrdə hallanmasın, sən elə et ki, guya mənə uduzmusan və şikayət də etmə. Mən də ona inandım və növbəti dəfə yalanın qurbanı oldum. Beləliklə onun mənə əlavə 1 milyon 450 min manat da borcu yarandı və cəmi ödəyəcəyi məbləğ 5 milyon 615 min manat oldu. H. Xəlilovla ilk tanışlığımız barədə onu deyim ki, şirkət dövlət sifarişləri ilə tikinti işləri həyata keçirib. 1600 nəfərə yaxın işçisi olan şirkətin rəhbərliyi 11 dəfə ölkə başçısı ilə görüşüb və sifarişlə yerinə yetirdikləri işlərin nəticələri cənab Prezident tərəfindən yüksək qiymətləndirilib. 2009-2015-ci illərdə tikinti işləri Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, indiki Baş nazir Əli Əsədovun müavini vəzifəsində çalışmış H. Xəlilovun nəzarətində olub. Bizimlə Hikmət arasında səmimi əlaqələr də ö dövrdə yaranıb. Bununla da şirkət H.Xəlilov şəxsi tikinti ilərini həyata keçirməyə başlayıb. Bununla yanaşı şirkət tərəfindən sifarişçinin özünün, həyat yoldaşının, qardaşının, oğlunun Bakının bir çox ərazilərində mənzil və obyektləri də yüksək səviyyədə təmir olunub və bu işlərin də pulları ödənilməyib. Sifarişçiləri dəfələrlə məhkəməyə versək də bütün instansiyalar cavabdeh tərəfin xeyrinə qərar çıxarıb. Sonuncu dəfə Apellyasiya Məhkəmisinin qərarından Ali Məhkıməyə də şikayət edilib ki, iş ibtidai istintaqa qaytarılsın. Hələ dünya məhkəmə tarixində belə hadisə olmayıb ki, Ali Məhkəmə işi icraata götürür, sonra həmin işdən imtina edir. Hüquqa, dövlətə bu qədər hörmətsizliyi ancaq Hikmət kimi məmur göstərə bilər. O, hazırda çox yüksək vəzifə tutur, Baş nazirin əsas səlahiyyətli adamıdır, belə bir adamın vəzifədə olması sadəcə faciədir”. 5 ildir haqqını bərpa edə bilmədiyimdən Azərbaycan Prezidentinə müraciət də ünvanladım. Müraciətdə başıma gələn hadisəni lakonik tərzdə çatdırmağa çalışmışam. Yazmışam ki, əslində 44 günlük şanlı müharibənin qalib Ali Baş Komandanın, həmçinin xalqımızın xoşbəxt gələcəyi naminə gecə-gündüz çalışan rəhbərimiz kimi Sizin vaxtınızı almaq utancvericidir. Lakin, Siz məni tanıyırsınız deyə bir qədər ürəkləndim. Dövlət xətti ilə yüksək səviyyədə təhvil verdiyim tikintilərlə bağlı iştirak etdiyiniz açılışlarda dəfələrlə təşəkkür mənasında əllərimi sıxmısınız. Mən də həmişə Ulu Öndərin onun övladının diqqət və mərhəmətinə əmin olmuşam. Lakin, Siz nə qədər xalqın rifah halının yaxşılaşdırılmasına, sahibkarların iş şəraitinin şəffaflaşdırılmasına səy göstərsəniz də, qanunlara əməl etməyən məmurlarla üzləşirik. Bunlardan ən təhlükəlilərindən biri də, əvvəllər Azərbaycan Respublikası Prezident Administrasiyasında müşavir, daha sonra isə Nazirlər Kabinetində hazırda da İşlər İdarəsinin müdiri vəzifəsində çalışan Nazirlər Kabinetinin Sədri, Baş nazir Əli Əsədovun tələbə yoldaşı Xəlilov Hikmət David oğludur. Sonda onu da qeyd etmişəm ki, Hikmət Xəlilova görə, qohumlarımın əmlaklarını satmışam, əlavə olaraq da banklardan borc götürmüşəm. Qohumlarıma, 60 nəfər işçiyə, banklara, topdansatış mağazalarına külli miqdarda borcum qalmaqdadır. Həmin adamlar daim evimə gələrək məni çox narahat edirlər, bir çoxları elə bilirlər ki, onların haqqını mən yemişəm. Hətta şirkətin həmtəsisçisi və icraçı direktoru Sərvər Məmmədova vergini ödəyə bilmədiyimizə görə iki il icbari cəza tətbiq olunub. O qədər bezmişəm ki, artıq intihar etmək istəyirəm. Cənab Prezident xahiş edirəm bizə kömək edəsiz. Bizim ümidimiz yalnız sizədir”. Şirkət adından 2015-ci ildən bu günə kimi dəfələrələ ali rəhbərliyə, Azərbaycan Baş Prokurorluğuna, müxtəlif instansiyalara müraciətlər ünvanlamağımıza baxmayaraq, H.Xəlilov bu müraciətləri ünvanına çatmasına imkan verməyib və bu barədə dəfələrlə özü də bildirib ki, o məktublar mənim əlimdən gəlib keçir. Avqustun 9-da növbəti dəfə H.Xəlilovla görüşməyə cəhd göstərdim. Bu minvalla onun evinə getdim. Qapısının qarşısnda maşında xanımı ilə bir yerdə görə bildim. Pulumu tələb etdim və almayacağım təqdirdə özümü öldürəcəyimi dedim. Nazirlər Kabineti İşlər idarəsinin müdiri Xəzər rayon Polis İdarəsi rəisinə zəng edərək bildirdi ki, guya mən onun nahaq yerə qarşısını kəsmişəm. Bu vaxt nə edəcəyimi bilmədim. İnsanın bu qədər abırdan uzaq olduğunu görüb dəhşətə gəldim. Suçlu və güclü məsələsi yadıma düşdü. Kor-peşman müflis günə qalmış ofisimə döndüm. Polisdən də zəng etmişdilər, onların əvvəldən məsələdən xəbərləri var. Dedilər ki, biz bu işdə kömək edə bilmərik. Onlara aksiyaya başladığımı dedim, intihar edəcəyimi söylədim. Məni polisə dəvət etdilər. Qoy hamı bilsin, mən haqqımı Hikmətə yedizdirməyəcəyəm. O məni aldatmaqla, xalqı, dövləti, qanunları, Ali baş Komandanı aldatmış olub. İlahi ədalət də mənimlədir. Öləcəm, ancaq ədalətin qələbəsinə nail olacam. *** Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |