Əsas Səhifə > Güney Press, Reklam > Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir


28-07-2022, 16:46
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir
DİA.AZ: - 5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha
dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən
yüksək səviyyəli xidmət göstərməyə davam edir.
DİA.AZ xəbər verir ki, cari ilin birinci yarısının nəticələrinə əsasən Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti
səviyyəsi 94% təşkil edib. Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama ilə 2
dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə
müqayisədə çox yüksək göstəricidir.
Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın
müraciəti isə Azercell-in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri
üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.
Eyni zamanda, sözügedən dövr ərzində Azercell-in Ön Masa, Azercell Ekspres, Azercell
Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-
üzə xidmət göstərilib.
Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə
qaydaları və xidmətlərə qoşulma ilə bağlı olub.
Xatırladaq ki, Azercell müştərilərə göstərilən xidmət səviyyəsi və müraciətlərin
cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.

Geri qayıt