Əsas Səhifə > Güney Press, Reklam > “Nar” əyləncə dolu yay kampaniyasına start verir

“Nar” əyləncə dolu yay kampaniyasına start verir


7-07-2022, 14:51
“Nar” əyləncə dolu yay kampaniyasına start verir
DİA.AZ: - Əyləncə dolu bir yay keçirmək istəyənlər üçün “Nar” maraqlı fəaliyyətlərlə dolu yay kampaniyasına başlayır. Paytaxt Bakı və bölgələrdə keçiriləcək kampaniyada iştirak edənlər maraqlı oyunlara qatılaraq əylənəcək və “Nar”dan hədiyyələr qazana biləcək.
DİA.AZ xəbər verir ki, bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə iştirak etməklə “Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi qazanmaq şansı da əldə edirsiniz.
“Nar”ın sürpriz və yeniliklərini sosial mediada kampaniyanın rəsmi simaları İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfov (Instagram: jafarnajafov) paylaşacaqlar.

Kampaniyanın ən böyük və əyləncəli sürprizi isə yayın sonunda olacaq. Səbrsizliklə gözlənilən o gün barədə xəbərləri “Nar”ın rəsmi hesablarından, kampaniyanın rəsmi simalarından və #TamHazıram həştəqini izləməklə əldə edə bilərsiniz. Kampaniya videolarını izləmək üçünsə bu linkə daxil olun.

Geri qayıt