Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Qaz İxrac İdarəsi məhkəməyə verildi
Qaz İxrac İdarəsi məhkəməyə verildi6-07-2022, 08:16 |
![]() DİA.AZ: - Əli Məzahirlinin Qaz İxrac İdarəsinə qarşi iddia ərizəsinə 07.07.2022-ci il,saat 16.30-da Xətai rayon məhkəməsində baxılacaq. DİA.AZ-ın əldə etdiyi məlumata görə, işə hakim Aydün Həsənova baxacaq. NHMT məhkəmədə 3-cü şəxs qismində iştirak edəcək DİA.AZ xatırladır ki, Əli Məzahirlinin Qaz İxrac idarəsinin işçisi olan atası Vüqar Abbasov 2 il 6 ay onkoloji xəstəlikdən əziyyət çəkib. Bu il aprelin 17-də vəfat edib. Mart ayının 30 da qeyd olunan müəssisənin Nuru adlı kadr üzrə işçisi Vüqar Abbasovun evinə gələrək, ağır yataq xəstəsi olan işçiyə təzyiq edərək , ona məcburi işdənçıxma ərizəsi yazdırıb. Bunula da Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin rəhbəri Zahir Rzayev Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1(İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.) , 2(Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.) və 7-ci ( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.) bəndlərini pozmuşdur. Geri qayıt |