Əsas Səhifə > Güney Press, Şou-biznes > "Telefon adamları yaman günə qoyub"

"Telefon adamları yaman günə qoyub"


26-05-2022, 15:28
"Telefon adamları yaman günə qoyub"
“İndi ayağımda problem olduğu üçün nə kitab yarmarkalarında, nə də başqa tədbirlərdə iştirak edirəm. Əvvəllər amma hara dəvət alsam, gedirdim. Cavan vaxtı çox kitablar oxumuşam. Amma indi də oxuduğum kitablardan masamın üstünə qoyuram və təkrar baxıram”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor texnologiya inkişaf etdikdən sonra insanların əksəriyyətinin telefon aludəçisi olduğunu bildirib:

“Təzə kitablar almıram və ona görə də bilmirəm kim nə yazır. Amma köhnə kitablarımı açıram ki, onları toz basmasın. Keçmişdə insanlara kitablar çox təsir edirdi, tərbiyələndirirdi, həyatını dəyişirdi. İndi isə mən bu dəyişikliyi görmürəm. Telefon adamları yaman günə qoyub. Biz kitabla böyümüşük, filmlərə, televiziyanın əxlaqlı vaxtına baxmışıq. Amma bu gün uşaqlar telefonla böyüyürlər. Mən qohumlarda da bunu müşahidə edirəm, hamı telefondadır. Orda isə həm yaxşı, həm də pis şeylər var. Telefondan isə tərbiyələnmək mümkün deyil”.

Geri qayıt