Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanın səhm bazarı: Niyə inkişaf etmir?
Əsas Səhifə > Güney Press > Azərbaycanın səhm bazarı: Niyə inkişaf etmir?

Azərbaycanın səhm bazarı: Niyə inkişaf etmir?


13-05-2022, 15:56
Azərbaycanın səhm bazarı: Niyə inkişaf etmir?
Səhm bazarı ölkə iqtisadiyyatının inkişafında həm dolayı, həm də birbaşa olaraq güclü təsirə malikdir.

Səhmlər bir çox investorlar üçün gəlir, maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelini genişləndirmək üçün ən yaxşı seçimdir. Ancaq səhm bazarının hazırda Azərbaycanda geniş inkişaf etdiyini demək mümkün deyil. Xarici ölkələrdə isə səhm gəlir əldə etmək üçün vasitələrdən biridir.

Bəs Azərbaycanda səhm bazarı niyə inkişaf etmir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında da bildirdi ki, ölkəmizdə səhm bazarı inkişaf etməyib:

“Azərbaycanda ona görə inkişaf etməyib ki, şəffaflıq yoxdur. Yəni bu, maliyyə şəffaflığının olmaması ilə bağlıdır.Məsələn, mən şirkət təsis edirəm və deyirəm ki, bunun maliyyəsi üçün 5 milyon vəsait lazımdır və məndə cəmi 1 milyon manat var. Deyirəm ki, şirkətin səhmlərini buraxacam, bir səhimin qiyməti 100 manatdır, qalan 4 milyonu belə yığmaq istəyirəm, kim istəyirsə gəlib mənim şərikim olsun. Bir neçə nəfər gəlib alır və sonda 5 miyon toplanır və mən fəaliyyətə başlayıram. Gəlir götürürəm və ondan şəriklərimə də xeyir verirəm.

Ancaq bunun reallaşması üçün həmin səhimi mənim qaçmayacağıma əmin olduqda gəlib alacaqlar. İkincisi də fəaliyyətimlə bağlı düzgün məlumat verəcəm. İlin sonunda gəlib qazancımın olmadığını deməmək üçün maliyyə şəffaflığı olmalıdır. Yəni maliyyə hesabatlarında yayınmalar, yalnış məlumatlar olmamalıdır ki, insanlar gəlib səhimi alsınlar. Bunlar təbii ki, bizdə olmadığı üçün heç kim, digər bir kimsənin səhimini almır”.

Ekspert deyir ki, hətta bizdə vaxtilə gedib bəzi özəlləşdirilən dövlət müəssisələrində səhm alıblar:

“Məsələn, Beynəlxalq Bankda vətəndaşlar səhm alıb. Ancaq onlar oradan xeyir götürə bilmirlər, aldadılırlar. Yəni özəlləşdirilən bütün dövlət müəssisələri səhmdar cəmiyyətindir. Oradan səhmdarlara nəsə verirlərmi? Yox, aldadırlar. İlin sonunda deyirlər ki, gəlirimiz yoxdur. Yaxın gələcəkdə ölkədə səhmlə bağlı vəziyyət düzələcək deyil. Bunun üçün ən azı 5-10 il vaxt lazımdır. Birincisi də qanunvericilikdən başlamaq lazımdır. Bizim bu sahədəki qanunvericiliymiz bərbaddır. Səhmdar şirkətin sahibləridir. Mən sahibiyəmsə, məndə daha çox faiz var, sizdə isə xırda-xırdadır. Əgər şəffaflıq yoxdursa, şirkəti idarə edirəmsə heç bir məlumat və pul da vermirəm. Ancaq xaricdə şəffaflıqdır, bütün məlumat da açıqlanır, dövlət də nəzarət edir. Bizdə bunlar yoxdur”.

Geri qayıt