Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər artırılacaq
Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər artırılacaq2-05-2022, 12:19 |
![]() Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. DİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə,700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. “Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300) Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300) İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb” - deyə o bildirib Geri qayıt |