Əsas Səhifə > Güney Press, Reklam > “Azercell Life” sosial şəbəkələrdə
“Azercell Life” sosial şəbəkələrdə30-03-2022, 11:45 |
DİA.AZ: - Yeni strategiyası çərçivəsində öz qarşısına “Azərbaycanın ən arzu olunan iş yeri olmaq” məqsədini qoyan Azercell şirkəti “Azercell Life” sosial şəbəkə hesabını təqdim edir. Xüsusilə iş adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında məlumat əldə etmək mümkündür. Belə ki, 10.000-dən çox izləyicisi olan “Azercell Life” Facebook və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyətlə iş axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir. Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək mümkündür. Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu səhifələrdə eyni zamanda, şirkətin öz əməkdaşları üçün keçirdiyi tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi proqramlarla tanış olmaq mümkündür. Bu, gənc mütəxəssislərin lider mobil operatorun fəaliyyətini izləməklə onun təcrübəsindən faydalanması üçün əvəzolunmaz fürsət yaradır. “Azercell Life” sosial şəbəkə hesablarında Azercell Akademiyasının fəaliyyəti və iş prinsipləri, tədris edilən təlim proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-cü ildən fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət, həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları təşkil edilib. Azercell əməkdaşları tərəfindən idarə edilən “Azercell Life” sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən məsələlərə dair suallar operativ şəkildə cavablandırılır. Qeyd edək ki, yaxın zamanda “Azercell Life” səhifələrində izləyicilər üçün maraqlı və əyləncəli müsabiqələrə də start veriləcək. Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və dəyərli hədiyyələr qazanmaq üçün “Azercell Life” Instagram və Facebook sosial şəbəkə hesablarını izləyin! Instagram: https://www.instagram.com/azercell_life/ Facebook: https://www.facebook.com/AzercellLife Geri qayıt |