Əsas Səhifə > Güney Press, Reklam > Müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur

Müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur


12-03-2022, 16:35
Müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur
DİA.AZ: - “Azercell Telekom” MMC abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur.

DİA.AZ xəbər verir ki, yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün Azercell mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.

Geri qayıt