Əsas Səhifə > Güney Press, Reklam > “Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir


24-02-2022, 13:59
“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir
DİA.AZ: - “Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə - mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.

DİA.AZ xəbər verir ki, mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki, burada yüksək sürətli internet, kəsintisiz zəng ximdətləri nəzərdə tutulur: “Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik. Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırırıq”.

Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm potensialından, eləcə də “Nar”ın strategiyasından və qarşıdakı hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına aşağıdakı keçidə daxil olaraq baxmaq olar:


Geri qayıt