Əsas Səhifə > Güney Press > “Bakı Telefon Rabitəsi” MMC Qazinin iddialarına

“Bakı Telefon Rabitəsi” MMC Qazinin iddialarına


23-02-2022, 12:55
“Bakı Telefon Rabitəsi” MMC Qazinin iddialarına
DİA.AZ: - Dünən saytımızda Qarabağ qazisindən ZORLA PUL ALIRLAR... - NAZİRİN NƏZƏRİNƏ... başlıqlı şikayət xarakterli məqalə dərc olunmuşdu. Bununla əlaqədar DİA.AZ-a “Bakı Telefon Rabitəsi” MMC-dən münasibət açıqlanıb.

Sözügedən qurumun açıqlamasında deyilir:

"Məlumat üçün bildiririk ki, vətəndaş Məğrur Bədəllinin yaşadığı ünvana “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyindəki 3 saylı Rabitə Xidmətləri Mərkəzi (keçmiş Nizami Telefon Qovşağı) onunla operator arasında bağlanmış müqaviləyə əsasən rabitə xidmətləri təqdim edir.

Məğrur Bədəllinin müraciətləri əsasında eyni ünvana 28.07.2007-ci il və 27.10.2008-ci il tarixlərində 2 ayrı nömrə üzərindən telefon çəkilişi təmin edilib.

Abunəçi üçün ayrılmış telefon nömrələri Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarı ilə “Rabitə xidmətləri üçün tariflər preyskurantı”na uyğun qaydada əhali qrupu üçün müəyyən edilən 2.50 AZN abunə haqqı ilə sənədləşdirilib.

29.06.2009-cu il tarixindən vətəndaşın öz mənzilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq onun üçün ayrılmış digər telefon nömrəsi “tariflər preyskurantı”na uyğun qaydada 7.60 AZN abunə haqqı ilə sənədləşdirilib.

Vətəndaş mənzildə qurum fəaliyyətini dayandırdıqdan sonra ərizəsi əsasında 12.05.2011-ci il tarixindən telefon xidməti əhali qrupuna uyğun tarifə keçirilib.

“Bakı Telefon Rabitəsi” MMC (həmin dövrdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) tərəfindən 2008 və 2012-ci illər ərzində müraciətçidən 120 AZN və 40 AZN tələb olunması üzrə şikayət sorğusu araşdırılıb, korrupsiya iddiaları təsdiqini tapmayıb.

Ümumilikdə bildiririk ki, “Bakı Telefon Rabitəsi” MMC fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunması, neqativ halların araşdırılması və aradan qaldırılmasında hər zaman maraqlıdır".

Geri qayıt