Əsas Səhifə > Güney Press / Manşet > Fərəcov bu parkı Allahın ümidinə buraxıb...

Fərəcov bu parkı Allahın ümidinə buraxıb...


22-02-2022, 14:53
Fərəcov bu parkı Allahın ümidinə buraxıb...
DİA.AZ: - "Sumqayıtda böyük bəstəkar- Üzeyir Hacıbəyovun adını daşıyan küçədə, yolun ortasında yerləşən xiyabanda baxımsız vəziyyət hökm sürür. Qeyd etmək lazımdır ki, bu park-xiyaban 2010-cu ildə, şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin vaxtında salınıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Həmin il ,sentyabrın 15-də dahi bəstəkarın 125 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyovun 12 metr hündürlükdə abidə kompleksinin və onun adını daşıyan xiyabanın təntənəli açılışında icra baçısı , mədəniyyət naziri , orkestr ,çoxsaylı qonaqlar iştirak edib.

Eni - 23 metr, ərazinin uzunluğu - 61 metr təşkil edən,1340 kvadrat metrliklik sahəsi olan park- xiyaban əvvəllər sakinlərin,uşaqların ,yaşlı nəslin nümayəndələrinin sevimli istirahət yeri olsa da hal-hazırda xiyaban bərbad vəziyyətdədir.

Xiyabanda olan çoxsaylı oturacaqlardan yalnız 2-3-ü qalıb ki, onlar da pis vəziyyətdədir.Dəmir zibiı qutuları belə ərazidən yoxsa çıxıb,yalnız 1-2-si qalıb. Xiyabanın 740 kmВІ hissəsinə döşənən tamet çox yerlərdə yerindən çıxıb.Vaxtında təmizlik işləri aparılmadığından ərzini ot basır, yaşıllığa, dekorativ ağaclara qulluq edilmədiyindən onlar da məhv olur. Parkın işıqlandırmasında da problem var.

Özü də park şəhərin gedişli-gəlişli ,insanların sıx yaşadığı böyük mikrorayonların olduğu ərazidə yerləşir.

İndiyəcən bu park yerli icra hakimiyyəti tərəfindən bir dəfə də olsun təmir olunmayıb,abadlaşdırılmayıb.

Park-xiyaban baxımsız olduğundan son zamanlar bura səfil həyatı keçirənlərin,əyyaşların məskəninə çevrilmişdir.

Maraqlıdır icra hakimiyyəti niyə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan və əhalinin istirahət yeri olan bu parka belə laqeyd münasibət bəsləyir?!

Maraqlıdır ki, parkın bir tərəfində böyük obyekt tiklib və ümumiyyətlə Üzeyir Hacıbəyli küçəsində yol boyu 2-3 km yolun ortası boyu çoxsaylı ticarət obyektləri,restoranlar tiklib.

Halbuki yolun ortasındakı böyük uzun ərazi əvvəllər plana uyğun ,düzgün olaraq ətrafdakı mikrorayonlarda yaşayan sakinlərin istirahəti üçün parklar,yaşıllıqlar salınması üçün nəzərdə tutulmuşdu".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Fərəcov bu parkı Allahın ümidinə buraxıb...
Fərəcov bu parkı Allahın ümidinə buraxıb...
Fərəcov bu parkı Allahın ümidinə buraxıb...
Fərəcov bu parkı Allahın ümidinə buraxıb...
Fərəcov bu parkı Allahın ümidinə buraxıb...

Geri qayıt