Əsas Səhifə > Güney Press / Manşet > Cahangir Əsgərov da işdən çıxarılır:
Cahangir Əsgərov da işdən çıxarılır:10-02-2022, 16:38 |
|
Yaxın günlərdə AZAL prezidenti Cahangir Əsgərov işdən çıxarılacaq. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, AZAL-ın ləğvi ilə bağlı qərar hələ bir müddət əvvəl qəbul olunub. Müşahidə Şurasının yaradılması da həmin prosesin tərkib hissələrindən biri olub. Qeyd edilir ki, Cahangir Əsgərovun işdən çıxarılması ilə yanaşı, AZAL-ın da ləğv ediləcəyi gözlənilir. Onun bazasında Mülki Aviasiya Komitəsinin yaradılması nəzərədə tutulub. Mənbə prosesin bu qədər yubanmasının səbəbi kimi, bir neçə aeroportun tikilməsini, habelə AZAL-da aparılan yoxlamaların nəticəsini və hökumətin bununla bağlı yekun qərara gələ bilməməsini göstərib. Bildirilir ki, yoxlamalardan sonra AZAL-da ciddi problemlərin olduğu üzə çıxıb. Eyni zamanda, son zamanlar Cahangir Əsgərovdan əsaslı, həm də ciddi narazılığın olması hökuməti prosesi tezləşdirmək məcburiyyətində qoyub. Geri qayıt |