Əsas Səhifə > Güney Press / Manşet > Goranboyda belələri İRƏLİ ÇƏKİLİR...
Goranboyda belələri İRƏLİ ÇƏKİLİR...1-02-2022, 16:26 |
|
Goranboy Təshil İdarəsinin müdiri Seymur Nəzərov rayon İcra Hakimiyyət başçısının birinci müavini təyin edilib. DİA.AZ hurriyyet.az-a istinadla xəbər verir ki, bu haqda rayondakı etibarlı mənbədən informasiya daxil olub. Xatrıladaq ki, S.Nəzərovuna dı bir sıra qanaunsuz əməllərdə hallanır. Az əvvəl xəbər verdiyimiz kimi, Təhsil Şöbəsinin müdiri saxta diplom satdığı üçün bir neçə il həbsdə yatan Samir Vəliyevi bu yaxınlarda rus məktəbinin direktoru vəzifəsinə təyin edib. *** DİA.AZ olaraq həmin məlumatı olduğu kimi xatırladırıq: Bir müddət əvvəl Goranboy rayonunda rus məktəbinə direktor təyin edilən Samir Vəliyev haqda “Hürriyyət”in redaksiyasına şok informasiya daxil olub. Belə ki, bundan öncə sözügedən məktəbdə direktor müavini kimi çalışan S.Vəliyevin saxta doplom düzəltiyi üçün bir neçə il müddətinə həbs olunduğu bildirilir. Maraqlıdır ki, həbsdən azad olunduqdan sonra Goranboy Təshil İdarəsinin müdiri Seymur Nəzərov tərəfindən Samir Vəliyev rus məktəbinin həyatını dəyişən direktorunun yerinə təyin olunub. Məlumata görə, Samir Vəliyevin direktor vəzifəsinə təyin edilməsi istər məktəbdə, istər də onu tanıyan hər bir şəxs tərəfindən gözlənilməz olub. Çoxları belə düşünür ki, saxta dipolim satdığı üçün həbsdə yatan bir şəxsin, azadlığa çıxdıqdan az müddət sonra direktor vəzifəsinə təyin edilməsi onun saxtakarlıq əməllərinə daha geniş şərait yaratmağa xidmət edir. Bu baxımdan, istisna olunmur ki, Goranboy Təshil İdarəsinin müdiri Seymur Nəzərovun da burda hansısa maraqları var... *** Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... Geri qayıt |