Əsas Səhifə > Güney Press / Manşet > Dəyişiklik GÖZLƏNİLİR...
Dəyişiklik GÖZLƏNİLİR...23-12-2021, 17:18 |
|
DİA.AZ: - Mühüm postların birində yaxın vaxtlarda dəyişiklik baş tutacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, qərarın rəsmən ifadəsi ən geci bu ilin sonu, gələn ilin ilk ongünlüyünə təsadüf edə bilər. DİA.AZ-a söylənilənlər: "Çox mühüm bir dəyişiklik olacaq. Və bu dəfə köhnə heyətdən qalanlar yox, məhz yeni komandanın tanınmış simalarından birinə "əlvida" deyiləcək". Mənbə ad çəkməsə də, hədəfdə olan məmurun kimliyi ilə bağlı müəyyən mülahizələrimiz var. diaaz.space bildirir ki, son günlər kənd təsərrüfatı naziri İnam Kərimovun görəvdən alınacağı haqda informasiyalar dolaşır. Və ehtimallarımız da budur ki, əgər yenilərdən kimsə gedəcəksə, məhz Kərimovla bağlı qərar verilə bilər. Doğrudur, sosial siafriş tamam fərqli istiqamətdədir. Belə ki, yeni komanda üzvləri arasında ən çox mənfi reputasiyaya malik olanı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdir. Amma görünəni odur ki, onunla bağlı belə bir planın icrası yaxın günlərə təsadüf etməyəcək. Halbuki bu yöndə daha çox haqqedəni də məhz odur... Əlavə bilgilərimiz olacaq Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.a olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |