Əsas Səhifə > Güney Press, Reklam > Azercell abunəçilərini XƏBƏRDAR ETDİ
Azercell abunəçilərini XƏBƏRDAR ETDİ11-12-2021, 08:31 |
DİA.AZ: - “Azercell Telekom” MMC bütün abunəçilərini yalnız rəsmi mənbələrə istinad etməyi, o cümlədən müxtəlif sosial şəbəkə, “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. DİA.AZ-a şirkətdən verilən məlumatda deyilir ki, əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmamağı tövsiyə edir. Geri qayıt |