Əsas Səhifə > Güney Press, Reklam > Gadimlie Studio gənclər üçün İKT sahəsində yeni təcrübə imkanları yaradır

Gadimlie Studio gənclər üçün İKT sahəsində yeni təcrübə imkanları yaradır


10-11-2021, 12:42
Gadimlie Studio gənclər üçün İKT sahəsində yeni təcrübə imkanları yaradır
2019-cu ildən Azərbaycanın İKT bazarında fəaliyyət göstərən Gadimlie Studio gələcək karyerasını İKT sahəsində qurmaq istəyən və inkişafa meyilli, həvəskar gəncləri təcrübə proqramına qoşulmağa dəvət edir.

Təcrübə proqramı müxtəlif istiqamətlər üzrə həyata keçiriləcək. Bu istiqamətlərə Front-end, Back-end, Mobile development, Data science və Data mühəndisliyi, layihə menecerliyi, b2b satış, içtimaiyyətlə əlaqələr və marketinq, kopiraytinq və s. kimi istiqamətlər aiddir.

Təcrübə Proqramına kimlər müraciət edə bilər:
Texniki ixtisasların yuxarı kurs və ya yeni məzun olmuş tələbələr;
Texniki sənədləşməni anlaya biləcək səviyyədə ingilis dili biliyi olanlar;
Biznes proseslər, proqram təminatının hazırlanması və ümumilikdə İT sahəsinə marağı olanlar;
Nəticə yönümlü və komandada işləməyi bacaranlar.

Təcrübə proqramı çərçivəsində təcrübəçilərə təlimlərdə iştirak, real layihələrdə işləmək, mütəxissislərdən daimi dəstək almaq, əldə olunan nəticələrə təsir etmək imkanları yaradılacaqdır (təcrübə proqramını uğurlu bitirmək yalnız və yalnız təcrübəçidən asılıdır).
Təcrübə müddəti 4 aydır. Təcrübəçi kimi 4 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat, müsbət xasiyyətnamə veriləcəkdir və adları Gadimlie Studio-nun kadrlar bazasına daxil ediləcək. Bu gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.

Namizədlərin tərcümeyi-halı (CV), motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayışdan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə [email protected] ünvanına göndərməsi xahiş olunur.

Ümumilikdə proqram 14 vakansiya üzrə elan edilib. Müraciət üçün son tarix 20.11.2021-ci il saat 15:00. Təcrübə proqramı 01.12.2021-ci il tarixində başlayacaq. Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər müsahibələrə dəvət olunur.

Təcrübə proqramı ödənişsiz qaydada həyata keçiriləcəkdir. *

Qeyd edək ki, Gadimlie Studio Azərbaycanın İKT bazarında proqram təminatının hazırlanması, fərdiləşdirilməsi və texniki dəstəyi ilə məşğuldur. Əsas fəaliyyət istiqamətləri - veb saytların (korporativ, e-ticarət, platforma), mobil tətbiqlərin (ios, android), mürəkkəb sistemlərin inteqrasiyası, avtomatlaşdırma sistemlərin (satış, insan resursları və s. kimi sistemlər) yaradılmasıdır. Xüsusilə, 2021-ci ildən etibarən Gadimlie Studio Süni İntelekt (neural network), Big Data, Robotlaşma, VR/AR, GIS, Smart Systems həllərində ixtisatlaşan komandaları pillə-pillə formalaşdırmaqdadır və bu kimi həlləri kommersiya bazarında əlçatan etməyə çalışır.

Geri qayıt