Əsas Səhifə > Güney Press / Manşet > 300 Yasamal sakininin 1 DƏRDİ...
300 Yasamal sakininin 1 DƏRDİ...1-11-2021, 15:26 |
|
DİA.AZ: - "Şikayətimiz Yasamalda Şərifzadə 33 ünvanında (AMEA-nın köhnə yataqxanası) İNŞAAT KONSTRUKSİYALARI MMC tərəfindən inşa olunan pilot layihəli binanın inşasının 6 ildir yekunlaşmaması ilə əlaqədardir". DİA.AZ bildirir ki, bu barədə Əhəd Hacıyev adlı oxucumuzun ölkə rəhbərliyinə müraciətinndə qeyd olunur. Daha sonra narazı vətəndaş yazır: "Bununla bağlı sakinlər dəfələrlə Yasamal RİH-də olub, aidiyyəti qurumlara şikayətlər ünvanlayıblar. Amma heç bir faydası yoxdur. Çox təəssüf olsun ki, cənab Prezidentimiz İlham Əliyevin məmurların qarşısında qoyduqları tələblərin tam əksinə olaraq, sakinlərin şikayətlərinə baxılmır, ya ümumi cavablar verilir, ya da ki, aldadılırlar. Bu başıbəlalı pilot layihəli bina (hərçənd ki, pilot binalar 1-2 ilə tikilib təhvil verilməlidir) 5-6 ildir hələ də tikilməkdədir. Halbuki bu vaxtadək qəsəbə salmaq olardı. Ümid edirik ki, bizim dərdimizə çarə olacaqsınız, ümid yerimiz sizsiniz. İnanırıq ki, siz bizim problemimizi qaldırıb, 300-dən çox sakinin probleminin həllinə öz töhfənizi verəcəksiniz". İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |