Əsas Səhifə > Güney Press, Reklam > Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib
Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib30-09-2021, 16:48 |
DİA.AZ: - Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir. DİA.AZ xəbər verir ki, uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - “COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilə təchiz olunub. Nəticədə, təşkilatın himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil ilinin göstəricilərini üstələyib. “COVİD-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir” deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib. Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar. Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Geri qayıt |