Əsas Səhifə > Güney Press > "Burda restoranda çalışıram, amma vətən üçün də darıxıram..."

"Burda restoranda çalışıram, amma vətən üçün də darıxıram..."


17-09-2021, 11:32
"Burda restoranda çalışıram, amma vətən üçün də darıxıram..."
"Artıq 3 ilə yaxındır ki, Amerikada yaşayıram. Gələn kimi işlərim çox gözəl başladı.Həm toylar, həm mənim adıma təşkil olunan konsertlər, həm çalışdığım restoranda çıxışlarım"

Bunu Moderator.az-a açıqlamasında hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu deyib. Müğənni daha sonra pandemiyaya görə konsertlərinin təxirə salındığını bildirib:

"1 il 2 ay belə davam elədi. Sonra, 2020-ci ilin mart ayının 14-dən pandemiya ilə bağlı işlər durduruldu. Mənə zəng edib konsertləri təxirə saldılar. Hətta mənə verdikləri behləri belə geri almadılar. Dedilər ki, pandemiyadan sonra hesablaşarıq. Artıq neçə vaxtdır ki, pandemiya abu-havası davam edir. Hələ ki, həyat əvvəlki ahənginə qayıtmayıb. Amma mən tez-tez toylara dəvət alıram.

Bir də ki, daimi "Baku Nights'' restoranında çalışıram. Məni dinləmək istəyənlər hətta başqa ştatlardan bizim restorana gəlirlər. Çalışdığım restoranın yeməkləri də Azərbaycanda və Bakıda olduğu kimi çox ləzizdi. Çünki mətbəxə Zaur adlı professional kulinar rəhbərlik edir.Bunu gələn müştərilər də deyirlər. Amerikada yaşayan və Amerikaya gələn hər bir soydaşımızı "Baku Nights'' (Bakı gecələri) restorana dəvət edirəm. Vətən üçün isə darıxıram".


Geri qayıt