Əsas Səhifə > Güney Press > Rusiya vətəndaşlığı almaq üçün NÖVBƏ

Rusiya vətəndaşlığı almaq üçün NÖVBƏ


20-08-2021, 12:00
Rusiya vətəndaşlığı almaq üçün NÖVBƏ
Rusiya vətəndaşlığını ən çox almaq istyəyənlər Tacikistandan olan insanlardır.

Bizim.Media “trtrussian”a istinadən xəbər verir ki, Tacikistan Rusiya ilə ikili vətəndaşlıq razılaşması olan yeganə ölkədir.

Bu isə vətəndaşlıq üçün müraciətləri asanlaşdırır.

2016-cı ildən başlayaraq 2021-ci ilin ilk yarımilliyinə qədər 204 min tacik Rusiya vətəndaşlığı alıb. Vətəndaşlıq üçün müraciət edənlərin çoxu əmək miqrantlarıdır. Rusiyada işləyib-yaşamağın ən asan yolu isə federasiyanın pasportunu almaqdır. 2020-ci ilə qədər isə ən çox Rusiya vətəndaşlığı alanlar qazaxıstanlılar olub.

Ümumiyyətlə. 2020-ci ildə Rusiya vətəndaşlığı alan Mərkəzi Asiya dövlətlərinin sakinlərinin sayı 144 min 200-dür.


Sıralama isə belədir:

Tacikistan 44%

Qazaxıstan 30%

Özbəkistan 16%

Qırğızıstan 8.3%

Türkmənistan 1.7%



Geri qayıt