Əsas Səhifə > Güney Press, Reklam > “Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib
“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib9-08-2021, 15:22 |
DİA.AZ: - Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar” 2021-ci ilin altı ayı ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb. DİA.AZ xəbər verir ki, ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb. Qeyd edək ki, “Nar” bu il işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməyə başlayıb. Artıq Şuşa şəhəri, Hadrut yolu da daxil olmaqla Xocavənd və Cəbrayıl rayonlarında 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, “Nar” 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib. Geri qayıt |