Əsas Səhifə > Güney Press > "Anar müəllim təkcə bu gün anılmır, biz onu hər gün anırıq"
"Anar müəllim təkcə bu gün anılmır, biz onu hər gün anırıq"20-07-2021, 11:32 |
![]() “Anar müəllim təkcə bu gün anılmır, biz onu hər gün anırıq. Onunla bağlı olan məzəli, gülməli əhvalatları, nümunəvi hadisələri yada salırıq. Tez-tez ailəsiylə, övladlarıyla əlaqədəyik” Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov Anar Məmmədxanov haqda danışarkən deyib. O, Anar kimi bir vətəndaş itirdiyimizə görə təəssüfləndiyini bildirib: “Anar müəllim təkcə bu gün anılmır, biz onu hər gün anırıq. Onunla bağlı olan məzəli, gülməli əhvalatları, nümunəvi hadisələri yada salırıq. Tez-tez ailəsiylə, övladlarıyla əlaqədəyik. Həyatımız belədir və təəssüflər olsun ki, Anarsız davam edir. Komandada elə uşaqlar var idi ki, noyabrın 8-da Şuşa azad edilən günü gedib Anarın məzarını ziyarət etmişdilər. Yəni belə şeylər də olub. Bu haqda danışmağı bir az xoşlamıram. Çünki insanın bir mənəvi borcu var və o borc haqqında danışmaq, onu reklam etmək, hamıya göstərmək düzgün deyil. O səninlə Anarın arasında olan bir münasibətdi və bunu Anar xatirinə edirsənsə, bunu reklam etməməlisən. Ona görə bu gün sadəcə onu demək istəyirəm ki, doğrudan da çox böyük bir nümunəvi vətəndaş, olduqca vətənpərvər, mədəni, tərbiyəli bir insan itirmişik”. Qeyd edək ki, bu gün “Bakılı oğlanlar” komandasının kapitanı, ictimai xadim Anar Məmmədxanovun doğum günüdür. Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub. 2011-ci il aprelin 23-də isə ürək tutmasından vəfat edib. Geri qayıt |