Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Onlar bu parkı antisemit təbğilatı məqsədiylə düzəldilmiş sərgilərə bənzədirlər"
"Onlar bu parkı antisemit təbğilatı məqsədiylə düzəldilmiş sərgilərə bənzədirlər"17-05-2021, 17:57 |
![]() Afrikada törətdikləri soyqırımı zamanı 18 min insanın kəlləsini bədənindən ayıraraq gətirib bu gün də fransa muzeylərində saxlayan, son zamanlar isə yandırılmş məscidlərin sayına görə Avropada birinci yerə çıxan bir dövlətin Azərbaycanı ittiham etməsi ən yaxşı halda qurbağa, özü də ziyilli qurbağa qurultusuna bənzəyir. “Ölkə.Az” xəbər verir ki, bunu açıqlamasında millət vəkili Sahib Alıyev fransalı parlamentarilərin ermənipərsət mövqe sərgilməsinə, Bakıdakı Hərbi Qənimətlər Parkı haqında səsləndirdikləri mövqeyi şərh edərkən deyib. Onun sözlərinə görə, Fransa parlamentinin 6 yaramaz təmsilçisi- Qi Tessye, Valeri Buaye, Marqarita Depre-Odebert, Ksavye Breton, Jan Pyer Kubertafon və Fransua Pupponininin Vətən savaşı başlayandan makronsayağı davranaraq onun gedişi haqda ancaq qərəzli yazılar dərc edən “Fiqaro” qəzetindəki cızma-qaralarına baxıram. “Apreldə Ermənistana və Qarabağa etdikləri səfər haqda olan bu cızma-qarada öncə onlar Azərbaycan torpağına qanunsuz soxulmalarına göz yuman Rusiya hərbiçilərini “xeyirxah” adlandırıb, bizimkimləri isə ”qəddar, radikalcasına yad və düşmən sifətli” epitetləriylə bəzədikdən sonra mətləbə keçərək Fransanı Ermənistanı sözdə dəstəkdən birgə hərbi əməliyyatlar aparmağa çağırırlar. Və bəlli olur ki, bu yaramazlar Şuşada təmir edilən kilsənin “görünüşünün dəyişdirilməsi” və Bakıdakı Hərbi Qənimətlər Parkının yaradılmasından bərk qəzəbləniblər. Onlar bu parkı antisemit təbğilatı məqsədiylə düzəldilmiş sərgilərə bənzədirlər”- o qeyd edib. Deputat əlavə edib ki, sonuncudan başlasaq, qərbdəkilərin özlərinin sorğu mərkəzlərinin apardığı araşdırmalara görə Şəqri Avropada antisemitizmin ən güclü olduğu yer Ermənistandır: “Avropanın Qərbində bu baxımdan ön sırada olanlardan biri də təkcə 2004-cü ildə 974 antisemit hərəkətlərin qeydə alındığı, 2018-ci ildə yudofobiya aktlarının sayının nə az, nə çox, düz 74% artdığı həmin Fransadır. Azərbaycan isə dünyada yəhudilərin rahat yaşadıqları, sərbəst gəzib-dolaşa bildikləri barmaqla sayılacaq qədər az dövlətlərdəndir. Qənimətlərin sərgilənməsi məsələsinə gəldikdə Afrikada törətdikləri soyqırımı zamanı qırıb-çatdıqlarınının 18 mininin kəlləsini bədənindən ayrıb gətirib bu gün də muzeylərində saxlayan və son zamanlar yandırılmş məscidlərin sayına görə Avropada birinci yerə çıxan bir dövlətin parlamentarilərinin Azərbaycanı dini ayrı-seçkilikdə, qəddarlıqda ittiham etmələri ən yaxşı halda qurbağa, özü də ziyilli qurbağa qurultusuna bənzəyir”. Geri qayıt |