Əsas Səhifə > Güney Press, Reklam > “ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru

“ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru


22-04-2021, 16:29
“ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru
DİA.AZ: - Məlum olduğu kimi bir çox dünya dövlətləri fərqli dialektlərdə, vəziyyətlərdə və formalarda nitqin tanınması və mətnə çevrilməsi sahəsində yüksək nəticələr əldə etsə də, Azərbaycan dilində bu funksiyaları lazımı səviyyədə yerinə yetirmək hələ də problemli məsələlərdən biri olaraq qalmaqdadır. Bunu nəzərə alaraq, “ATL Tech” şirkətinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının (AI Lab) apardığı tədqiqatlar nəticəsində “Fövqəladə və təcili çağrı mərkəzlərində nitq tanıma sisteminin inkişafı” mövzusunda elmi məqalə dərc olunub. Laboratoriyasının rəhbəri Ələkbər Vəlizadə, laboratoriyanın maşın öyrənmə mütəxəssisi Natəvan Axundova, ADA Universitetinin İT və Mühəndislik məktəbinin professoru Samir Rüstəmovun müəllifləri olduğu və birgə tədqiqatlarının məhsulu olan elmi məqalə məhz bu məsələləri aradan qaldırmaq məqsədi ilə effektiv həll yolları təqdim edir.

DİA.AZ xəbər verir ki, şirkətin ən qabaqcıl və dövlət əhəmiyyətli layihələrindən biri olan K3 – fövqəladə halları idarəetmə proqramında tətbiq olunmuş və hadisənin növü, ünvanı kimi həyati əhəmiyyətli məlumatların seçilməsi, danışıqların avtomatik olaraq mətnə çevrilməsi, mətn qutularının nitq vasitəsi ilə yazılması təmin etmişdir.

Lakin fövqəladə və təcili çağrı mərkəzlərindəki dialoqların spesifik, səs-küylü, emosional konteksə malik olduğunu nəzərə alaraq mövcud konfiqurasiyaya əsasən fəaliyyət göstərən nitq tanıma sistemləri bir çox hallarda zəif nəticə göstərmiş və ya bir sıra problemlər ilə qarşılaşmışdır.

Tədqiqat zamanı akustik və dil modellərinin müxtəlif metodologiyaları, həmçinin təcili və fövqəladə yardım mərkəzlərində dialoqlar üçün nitqin avtomatik tanınması məqsədi ilə istifadə olunan etiketləmə metodları araşdırılmış və müqayisəli şəkildə təhlil edilmişdir. Araşdırma iki fərqli məlumat toplusu əsasında aparılmışdı: ümumi olaraq dialoqlar toplusu, fövqəladə və təcili vəziyyətlərdə dialoqların səsli toplusu.

Araşdırma və təcrübələr Azərbaycan dilində təqdim olunan fövqəladə və təcili zənglər zamanı dialoqlar əsasında aparılsa da türk dilləri qrupuna daxil olan digər dillər üçün də tətbiq olunması gözlənilir.

Azərbaycan dilində nitqin tanınması və nitqin sintezi istiqamətində “ATL Tech”in nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının tədqiqat və nailiyyətləri, bu mövzuya həsr olunmuş elmi məqalənin beynəlxalq elmi jurnallarda və platformalarda dərc olunması mərkəzin fəaliyyətinin uğurlu nəticəsidir.

“ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru

Geri qayıt