Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir


2-04-2021, 15:24
Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir
DİA.AZ: - Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil Diş və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib. Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.

DİA.AZ xəbər verir ki, səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Diş və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52

uşaq Mobil Diş Klinikasında müayinədən keçib. Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.

2021-ci ilin birinci rübündə Azercell-in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.

Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar.

Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.

Geri qayıt