Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al!

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al!


30-03-2021, 14:41
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al!
DİA.AZ: - Bakcell şirkəti özünün 4G/LTE şəbəkəsinə keçmək istəyən abunəçilər üçün xüsusi kampaniya elan edib. Belə ki, 3G SİM-kartlarından istifadə edən abunəçilər “Bakcell”in istənilən müştəri xidməti mərkəzi, rəsmi və ya diler mağazasına yaxınlaşmaqla pulsuz 4G SİM kartı və 5 GB həcmində internet trafiki hədiyə alacaqlar.

DİA.AZ xəbər verir ki, “Bakcell”in 4G şəbəkəsinə keçməklə, abunəçilər ölkənin ən sürətli mobil şəbəkəsindən yararlanacaq və qarşıdan gələn Novruz bayramı günlərində yüksək sürətli Bakcell internetindən PULSUZ faydalanacaqlar. “Bakcell”in 4G xidməti gündəlik mobil internet istifadəsi üçün daha yüksək sürəti təmin edir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir.

Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, onlayn təhsil, konfrans və əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video strimlərini izləmək və yüksək sürətli internet tələb edən digər xidmətlərdən istifadə etmək imkanına malikdirlər.

Dünyaca məşhur OOKLA şirkəti üç dəfə ardıcıl olaraq Bakcell şəbəkəsini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb.

Xatırladaq ki, Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Geri qayıt