Əsas Səhifə > Güney Press, Reklam > "Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub


27-01-2021, 11:38
"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub
DİA.AZ: - Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atıb. Şirkətdən DİA.AZ-a verilən məlumata görə, artıq Azərbaycan Beynəlxalq Bankının “IBA Mobile” mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə “Azercell”in NNTV, “Bookmate”, “BluTV” və “ivi” xidmətlərini aktivləşdirmək imkanı əldə edir.

Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən “IBA Mobile”də “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında xidmətə abunə olmaq olar.

4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən “Bookmate” tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız “Azercell” abunəçiləri xidmətə 50% endirimlə – ayda cəmi 3,50 AZN ödəyərək qoşula bilərlər. “Bookmate” mütaliə sevənlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı 0,19 AZN təşkil edir.

Azərbaycanda yalnız “Azercell” abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0,20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən “Azercell”, bu xidmət üçün xüsusi paketlər də təqdim edir.

Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions/nntv.html səhifəsinə keçid etməyiniz xahiş edilir.

“Azercell” son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını, eləcə də türk TV kanallarını “BluTV” ilə müstəsna tərəfdaşlıq çərçivəsində endirimli qiymətlərlə təqdim edir. İzləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını 4K keyfiyyətdə və reklamsız ayda 4,99 AZN deyil, cəmi 3 AZN-ə smartfonlarınızda və ya “Smart TV”də izləyin! Günlük abunə haqqı 0,25 AZN təşkil edir.

Kinoteatrların bağlı olduğu bir zamanda “Azercell” kino pərəstişkarlarını ivi xidməti ilə sevindirir. Dünyanın ən populyar və eksklüziv filmlərini “Smart TV” də daxil olmaqla, eyni anda 5 cihazda izləmək imkanı verən ivi xidmətindən ayda cəmi 5,99 AZN-ə və ya gündə 0,40 AZN-ə yararlanmaq mümkündür. Ən yeni filmləri ivi ilə yüksək keyfiyyətdə və reklamsız izləmək fürsətini qaçırmayın!

“Azercell”in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov bildirdi: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya İnzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini qeyd etdi: “Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və “Azercell” şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsindən tanış olmaq olar.


Geri qayıt