Əsas Səhifə > Güney Press, Reklam > “Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb

“Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb


30-12-2020, 08:24
“Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb
DİA.AZ: - Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin rəqəmsal sponsorluğu ilə keçirilən “InnoWeek-İnnovasiyalar həftəsi 2020” çərçivəsində jurnalistlər arasında müsabiqənin nəticələri açıqlanıb.

DİA.AZ xəbər verir ki, müsabiqəni münsiflər heyətinin 3 nominasiya üzrə qiymətləndirməsi nəticəsində “Innoweek-İnnovasiya həftəsi 2020” haqqında ”Ən yaxşı veriliş” nominasiyasında ARB 24 televiziyasının “İş vaxtı” verilişinin müəllifi Faiq Abasquliyev, “Ən yaxşı TV süjet” nominasiyası üzrə CBC televiziyasının əməkdaşı Nigar Rəhmanova, “Ən yaxşı məqalə” müəllifi kimi “Oxu.az” saytından İlhamə Əbülfət qalib seçilib. Qaliblərə dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə dekabrın 14-19-da onlayn şəkildə baş tutub. Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi məqsədlərinə xidmət edən tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bir-birindən maraqlı və fərqli toplantılar təşkil olunub.

Bu günlər ərzində Ümumdünya İnternet Sammiti, kibertəhlükəsizlik vebinarı, “İnnovasiyalar və Texnologiyalar” Forumu, “Yaradıcı həllərə doğru” Olimpiadası keçirilib, onlayn kiber idman turniri təşkil olunub. Eyni zamanda, 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələr mükafatlandırılıb.

Geri qayıt