Əsas Səhifə > Güney Press, Reklam > 1000-dən çox tibb işçisinə növbəti hədiyyə balans
1000-dən çox tibb işçisinə növbəti hədiyyə balans24-12-2020, 18:01 |
DİA.AZ: - Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir. Şirkət COVID-19-la savaşın ön cəbhəsində olan 1000-dən artıq həkim və tibb işçisinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 50 AZN hədiyyə balans yükləyib. DİA.AZ xəbər verir ki, həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət həyatını riskə ataraq, fədakarlıqla öz vəzifə borcunu yerinə yetirən tibb işçilərinə müxtəlif aylarda hədiyyə balans yükləyərək rabitə dəstəyi göstərib. Bundan əlavə, şirkət infeksiyanın yayıldığı gündən etibarən həssas qrup kateqoriyadan olan insanları dəstəkləmək məqsədilə bir sıra mühüm sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib. Geri qayıt |