Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" hərbi jurnalistlərə rabitə dəstəyi göstərib
"Azercell" hərbi jurnalistlərə rabitə dəstəyi göstərib7-10-2020, 11:53 |
Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” vətəndaşlarımıza dəstək göstərməkdə davam edir. Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan ordunu təbliğ edərək, insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib. “Azercell” hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 manat köçürüb. Beləliklə, “Azercell” informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik! Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə “Azercell Telekom” Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 mln. manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq “Azercell Telekom”un Tbilisi prospektində yerləşən baş qərargahı “Azercell Plaza”nın üzərində üçrəngli bayrağımız asılıb. “Azercell” Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edir! Qarabağ Azərbaycandır! Geri qayıt |