Əsas Səhifə > Güney Press / Manşet > "Cənab Prezident, DÖYÜŞƏ HAZIRIQ!"

"Cənab Prezident, DÖYÜŞƏ HAZIRIQ!"


21-09-2020, 17:00
"Cənab Prezident, DÖYÜŞƏ HAZIRIQ!"
Bütün ölkədə səfərbərlik ruhu var. Gözəl mənzərədir. Yaşıdlarım hər zaman deyirdi ki, Qarabağ problemi bizdən oğullarımıza qalmasın... İnşallah qalmayacaq..

Savaş qapıdadır və bunun işartılarını görürük.

Millət olaraq əlimizə gözəl fürsət düşüb. Millət olaraq döyüşməliyik və millət olduğumuzu bütün bəşəriyyətə sübut etməliyik.

Tamam Türkiyəm gözəldir, yanımızda durmağıyla bizlərə ruh verir və fərəhləndirir. Bağrımız göynən bir olur... Amma bütün bu gözəlliklərin fonunda Azərbaycana ƏSGƏR OLACAQ BİZLƏRİK!

25 ildir mətbuatdayam. Dünən 43 yaşımı tamamladım. Özümü tam sağlam hiss edirəm və heç bir sağlıq problemim yoxdur.

Burdan ölkəmizin Ali Baş Komandanına müraciət edirm: Cənab Ali Baş Komandan, Cənab Prezident! Bir əsgər olaraq Azərbaycanımız uğrunda SAVAŞA HAZIRAM!

Bu mənim həyat kredomdur. Yaşamımın qayəsidir.

Mədəmdə yara olması səbəbindən ali məktəbdə hərbiyə cəlb olunsam da, ordu sıralarına cəlb olunmamışam. Amma hazırda sağlamam və döyüşə tam yaralıyam.

Cənab Prezident. Evimdə iki oğlum, bir qızım böyüyür. Böyük oğlum 8-ci sinifdə oxuyur. Ailəni dolandıra biləcək qədərində yaşı var. Hamımız çətinlik yolu keçmşik və hətta atasız olaraq böyüməyə hazırdır.

BAŞLASIN BU SAVAŞ və "hər birimiz" demirəm, şəxsən mən bu savaşa hazıram. Həm psixoloji olaraq, həm də bütün varlığımla...

Cənab Prezident, DÖYÜŞƏ HAZIRIQ!

Sizdən tək ricam mənim də səfərbərliyə cəlb olunmağımdır. Keçən dəfə mənə gözlə deyiblər və yaşımı da əlavə əsas kimi göstəriblər. Birinci Qarabağ savaşı yaşım az idi, 5 dəfə qaçsam da, geri qaytardılar... İkinci Qarabağ savaşında da yaşımın çoxluğu səbəb kimi gətirilməməlidir və Sizdən xahişim mənə Qarabağ problemini övladıma ötürməməyim üçün FÜRSƏT TANIMAĞINIZDIR!

Tanrı Sizi Qorusun, Tanrı Azərbaycanı Qorusun, Tanrı Millətimizə Yar Olsun!

Hörmətlə, Məhəmməd Ərsoy,
DİA.AZ saytının Baş redaktoru

Geri qayıt