Əsas Səhifə > Güney Press / Manşet > Yunanlar yanımızda idimi ki onları da itirək?

Yunanlar yanımızda idimi ki onları da itirək?


3-09-2020, 14:54
Yunanlar yanımızda idimi ki onları da itirək?
Əslində İlham Əliyevin Yunanıstan səfirinə söylədikləri illərdən bəridir dünyanın "siyasət" adlanan riyakarlığından usanan Azərbaycan xalqının hayqırtısı idi. Hə, ağıllı görünmək istəyənlər deyir ki, Prezidentin bu şəkildə mövqe ifadəsi diplomatik deyil.

Amma İlham Əliyev dedikləri ilə də nümayiş etdirdi ki, Türkiyə məsələsi, onun da üstündə olan Azərbaycan məsələsi elə bir hadisədir ki, bunların üzərində diplomatiya qurulmur, qurula bilməz.

Belə bir hadisəni əvvəlindən də gözləyirdik. O vaxtdan ki, Tovuzda ermənilər hoqqabazlıq etməyə girişdilər. Əgər artıq diöplomatik müstəvimizdə hər şey gün işığına çıxıbsa, biz də hər şeyi öz adı ilə çağırmalıyıq... Ermənilər yox, ruslar, Rusiyanın hazırki rəhbərliyi hoqqabazlıq etmək istədi və Azərbaycandakı növbəti hakimiyyət dəyişikliyinin (ruslar Ramiz Mehdiyevin TAXTDAN SALINMASINI HAKİMİYƏT DƏYİŞİKLİYİ KİMİ QƏBUL EDİRLƏR -M.Ə.) bədəlini Azərbaycana torpaq itkisi bahasına ödətməyə çalışdılar.

Bu vaxta qədər onlar axı belə davranıblar. Əvvəlki dönəmlər ağıllarında qalıb və düşündülər ki, bu dəfə də köhnə ssenari ilə Azərbaycanla münasibətlərini müəyyən edə bilərlər. Planlarında Tovuzun işğalı idi... Bundan sonra da ermənilər Bizə BTC, BTQ və digər bu kimi layihələrimizə racon kəsəcəkdilər. Hətta bəynatları da hazır idi. Dünyaya deyəcəkdilər ki, neft kəmərini Azərbaycandan da artıq səviyyədə mühafizə edirik. Paylarını alacaqdılar, Azərbaycanı daha da asılı duruma salacaqdılar və ən əsası Tovuzda bir qətliam da gerçəkləşdirəcəkdilər. Biz izə millət olub ağlayaraq Rusiyanın ayağına döşənəcəkdik.

Planı belə idi lənətə gəlmiş Kremlin...

Planlarını gözlərində qoydu qardaşımızdan da artqı olan canımız Türkiyə...

Ona görə də İlham Əliyev bizim - Azərbaycan xalqının timsalında Türkiyəyə olan can borcumuzu ödəməli di. Sözdə ödəşmiş oluruq. Təbii ki, bu gün hər bir Azərbaycan vətəndaşı Türkiyə uğruna bir əsgərdir...

Çünki Azərbaycan bir daha Türkiyənin qardaşlığını Tovuzda hiss etdi. Bütün varlığı ilə. Rusiyanın qarşısında məhz qardaşımız sinəsini sipər etid.

Ona görə də Prezidentimizin Yunanıstan səfirinə söylədiklərində məna axtarmaq lazım deyil...

Biz Türkiyə ilə ruh qardaşlayırıq. Yəni sanlarımız bağlıdır.

Yunanıstanı təkrarmı itirəcəyik? Canımız Sağ olsun! Yəni Türkiyəmiz...

Məhəmməd ƏRSOY
diaaz.space-ın Baş redaktoru

Geri qayıt