Əsas Səhifə > Güney Press, Reklam > “Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu


9-01-2020, 11:23
“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu
DİA.AZ: - “Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı “Breyn Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu “Nar” komandası ilin qalibi olub. Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda “Nar”, bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “İçəri şəhər” komandası ilə qarşılaşıb və mübarizədə qalib gəlib. Qeyd edək ki, ötən mövsümkü yarışda “Nar” komandası mobil operator tərəfindən təsis edilmiş “Nar” kubokunun sahibi idi. Qaydalara görə isə mövsümün sonunda “Bilik” kuboku və “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışır.

DİA.AZ xəbər verir ki, bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla, 34 komanda mübarizə aparıb. İctimai Televiziyada yayımlanan “Breyn Rinq”ın 14-cü mövsümü sentyabr ayında başlamışdı.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif layihələrə dəstək verir. “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Geri qayıt